Qusar Olimpiya İdman Kompleksinin təmsilçisi “Boxing Time” boks liqasında uğur qazanıb. Bu haqda ShimalNews 27 fevral tarixində məlumat verir.
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində “Gənc Çempion” adlı açıq birincilik keçirilib. Məşqçi Elşən Şükürovun yetirməsi Ceyhan Məmmədov (63,5 kq) bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib çıxıb.