Qusar rayonunda məktəblilər arasında dama idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 26 dekabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarış 3 saylı tam orta məktəbdə təşkil edilib. Birincilikdə 32 məktəbli qız və oğlan iştirak edib. Qaliblər Quba-Xaçmaz RGİİ-nin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediliblər.