Qubada rayon rəhbərliyinin iştirakı ilə MMA döyüşçüsü Zəfər Abdürrəhmanovun qarşılanma mərasimi keçirilib. Bu barədə ShimalNews 2 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, qurumun məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar və gənclər iştirak ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.
Yarış Gürcüstanın paytaxtı Tibilisi şəhərində “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyası çərçivəsində keçirilib. İdmançımız erməni Narek Qalstyanla qarşılaşaraq 43 saniyə ərzində parlaq qələbə qazanıb.