Qubadan olan idmançılar WAKO Avropa çempionatında uğur qazanıblar.
Shimal.News xəbər verir ki, Telman Məhərrəmovun məşqçiliyi altında “Şahdağ Quba” idman klubunun idmançıları Dəmirov Allahverdi 2-ci yer, Gəncəliyev Murad isə 3-cü yeri tutub.
Qeyd edək ki, noyabrın 1-i start götürən kikboksinq üzrə beynəlxalq yarış Yunanıstanın paytaxtı Afina şəhərində keçirilir. Ölkəmiz çempionatda 20 idmançı, 5 məşqçi və 3 hakim ilə təmsil olunur.
Yarış sabah bitəcək.