Portuqaliyanın Albufeira şəhərində keçirillən “WAKO kikboksing” idman növü üzrə Dünya Çempionatında Qubadan olan idmançı uğur qazanıb. Bu barədə ShimalNews 4 dekabr tarixində məlumat verir.
Çempionatda 70 ölkədən 1369 idmançı gücünü sınayıb. Onların sırasında Allahverdi Dəmirov fərqlənib. Böyük məşqçi Telman Məhərrəmovun rəhbərliyi ilə o, bürünc medala sahib olub.