Quba rayonunda kikboksinq üzrə kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews 18 may tarixində məlumat verir.
Tədbir Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində keçirilib. Məqsəd kikboksinq idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.