Quba rayonunda qızlar arasında keçirilən basketbol turniri başa çatıb. Bu haqda ShimalNews 13 mart tarixində məlumat verir.
“Basketbolla sağlam ol” idman yarışlarında Alekseyevka, Dağlı, Hacıhüseynli kənd tam orta, Qaraçay, Zərdabi qəsəbə tam orta, Quba şəhər 2 nömrəli məktəb liseyin və Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət 8 komanda iştirak edib.
Yarışın sonunda Zərdabi qəsəbə tam orta məktəbin komandası qalib olub, Qaraçay qəsəbə tam orta məktəbin komandası 2-ci yeri, Quba şəhər 2 nömrəli məktəb-liseyin komandası isə 3-cü yeri tutub.