Qubada yeniyetmə və gənc oğlanlar arasında voleybol üzrə zona birinciliyi keçirilib. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil edilən yarışda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının yeniyetmə və gənc oğlanlardan ibarət komandalarının qatıldığı yarış gərgin mübarizə şəraitində keçib. Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.