Quba şəhərində start verilən "Sağlam həyat" günləri başa çatıb. Bu haqda ShimalNews 11 aprel tarixində məlumat verir.
Nizami parkı ərazisində 5 gün davam edən tədbirə 1000-dən çox iştirakçı qatılıb. Onlar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər.
Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.