Qubada stolüstü tennis idman növü üzrə rayon zona birinciliyi keçiriləcək. Bu haqda 23 noyabr tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Məktəblilər arasında stolüstü tennis üzrə yarış Olimpiya İdman Kompleksində təşkil ediləcək. Birincilik saat 11:00-da start alacaq.