Qubada şəhidlərin xatirəsinə həsr olunmuş açıq turnir keçiriləcək. Bu barədə ShimalNews 15 fevral tarixində məlumat verir.
Tədbir 18 fevral saat 10:00-da Olimpiya İdman Kompleksində baş tutacaq. Burada “Quba - İdman paytaxtı 2024” çərçivəsində kunq-fu döyüş növü üzrə yarış keçiriləcək.