Qubada U-15 yunan-Roma güləşi idman növü üzrə zona birinciliyi keçirilib. Bu haqda ShimalNews 9 fevral tarixində məlumat verir.
Azərbaycan çempionatına seçim məqsədilə təşkil olan tədbir “Quba – İdman Paytaxtı 2024” çərçivəsində baş tutub.
Olimpiya İdman Kompleksində Quba, Qusar, Sumqayıt, Abşeron, Zəngilan və Qubadlı rayonlarından 110 nəfər idmançı mübarizə aparıb. Qalib idmançılar cari ilin mart ayında keçiriləcək ölkə çempionatına vəsiqə qazanıblar.