Qubada açıq rayon birinciliyi keçirilib. Bu haqda 8 may tarixində ShimalNews rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdman tədbiri Şahdağ-Quba idman klubunda keçirilib. Burada 2007-2015-ci il təvəllüdlü 100-ə yaxın cüdocu mübarizə aparıb. Turnirin sonunda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.