İsmayıllıda yeniyetmələr arasında üzmə üzrə yarış keçiriləcək. Bu haqda ShimalNews 20 iyul tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdman tədbiri 26 iyul Gənclər və İdman Nazirliyinin yaradılması günü münasibətilə təşkil edilir. “Üzməyi birlikdə öyrənirik” devizi altında baş tutacaq turnirdə 7-12 yaş qrupuna daxil olan yeniyetmələr iştirak edəcəklər.
Yarış 25 iyul saat 11:00-da Olimpiya İdman Kompleksində start alacaq.
Əlaqələndirici şəxslər: Fərhad Qurbanov (051-389-91-15) və Rəşad Osmanov (050-688-42-47).