İsmayıllının şəhid və qazi övladları qış düşərgəsində iştirak edirlər. Bu barədə ShimalNews 13 dekabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Düşərgə dekabrın 17-dək Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək.
Burada şəhid Əşrəf Məmmədlinin qardaşı Şükür Məmmədli və qazi Nurlan Aydınovun övladları Nur və Murad iştirak edirlər.
[caption id="attachment_32963" align="alignnone" width="640"]
Foto Gənclər və İdman Nazirliyi[/caption]