İsmayıllıda minifutbol üzrə rayon birinciliyinin püşkatma mərasimi keçirilib. Bu haqda 25 aprel tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilir. Turnirdə 13 komanda iki qrupda mübarizə aparacaq.
Mübarizə YAP İsmayıllı rayon təşkilatı və İsmayıllı rayon Gənclər və İdman İdarəsi ilə birgə idarə, müəssisə və təşkilatlar arasında baş tutacaq.