İsmayıllıda şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib. Bu haqda 17 aprel tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İsmayıllı-Qaraməryəm-İvanovka yolunda baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi, ikinci günündə isə fərdi ötüşmə növündə güclərini sınayıblar. Ümumilikdə 51 velosipedçi medallar uğrunda mübarizə aparıb. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.