top
“Güləşə gedib gələnə kimi anam saçını yolurdu” – Dünya çempionu Şəkərxan Əlismanovla ÖZƏL MÜSAHİBƏ
11 dekabr 2024, 17:45
- ↺ +

“Güləşə gedib gələnə kimi anam saçını yolurdu” – Dünya çempionu Şəkərxan Əlismanovla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar torpağı həmişə adlı-sanlı güləşçiləri ilə tanınıb. Qusarın belə sakinlərindən biri də Şəkərxan Əlismanovdur. O, hələ yeniyetməlik çağlarından güləşə könül bağlayıb. İllər keçdikcə püxtələşib, irimiqyaslı yarışlarda iştirak edib. İdmançı bu qarşılaşmalarda çox rəqibinin kürəyini yerə vurub. Şəkərxan Əlismanov 10 dəfə respublika çempionu olub.

Shimal.News-un əməkdaşı güləş ustası, Əməkdar müəllim Şəkərxan Əlismanovla müsahibə edib.

Onunla müsahibəni təqdim edirik:

- Şəkərxan müəllim, oxucularımız üçün öncə özünüzü təqdim etməyinizi istərdim.

- Şəkərxan Əlismanov. 1957-ci ildə Qusarda anadan olmuşam. 1974-1978-ci illərdə Azərbaycan Bədən Tərbiyə İnstitutunda təhsil almışam.

- Maraqlıdır, bu sahəyə marağınız necə yaranıb? Niyə idmanı seçmisiniz?

- Düzü, əvvəl həkim olmaq istəyirdim. Valideynlərim məni kimya təmayüllü məktəbə qoydular. Çünki yaşadığım yerdə məktəb 8 illik təhsil verirdi. Kimya təmayüllü məktəbdə müəllimlə ədavətim düşdü. Mən dərsə cavab versəm də, razı qalmırdı. Deyirdi ki, sən bu məktəbdə təhsil almamalısan. Sonra məktəbimi dəyişdim. İdmana yönəldim. Elə o gündən 60 yaşa kimi güləşmişəm. 60 yaşda güləşi atdım.

- Niyə atdınız?

- Çünki idmançı 60 yaşdan sonra dünya çempionatına buraxılmır. Biz veteran güləçilər idik. Bu idman növü qorxuludur. Sınıq, əzik, ölüm ehtimalı çoxdur. Dünya Güləş Birliyi 60 yaşdan yuxarı veteranları çempionata buraxmır. Digər bütün idman növlərində isə 70 yaşa qədər yarışlarda iştirak etmək üçün icazə var.

- Güləş idman növü digərlərindən zədə alma cəhətdən təhlükəlidir. Ailəniz bu qərarınızı necə qarşıladı?

- 4 bacının 1 qardaşı idim. Valideynlərim güləşə getməyimə icazə vermirdilər ki, ciddi zədə alaram. Gördülər ki, 9-cu sinifə qədər güləşdən əl çəkmirəm. Axırda icazə verdilər. Amma güləşib gələnə kimi anam ağlayırdı, saçını yolurdu.

- Güləşçi kimi ilk nəaliyyətiniz nə vaxt olub?

- İlk dəfə yarışa çıxanda 9-cu sinifdə oxuyurdum. Gəncə şəhərində keçirilən yarışda çempion oldum. 1973-cü il olardı. 1974-cü ildə ali təhsil almağa başladım. 11 il Azərbaycan yığma komandasının şərəfini qorumuşam.

- Bəs, ən böyük nailiyyətiniz?

- 2009-cu ildə Finlandiyada Veteran İdmançılar arasında keçirilən Çempionatda 1-ci yerə layiq görüldüm. Ən böyük nəaliyyətim bu olub. Beynəlxalq dərəcəli idman ustasıyam. Daha sonra, dünya çempionatından 5 medal gətirmişəm. 10 dəfə Azərbaycan çempionu olmuşam.

- Hansı yaşda güləşə başlamaq güləşçilər üçün ideal sayılır?

- Hər idmanın öz incəlikləri var. Yunan-Roma güləşində qurşaqdan aşağı düşmək olmaz. Ayaq ilişdirmək yoxdur. Ağır idman növü olduğu üçün 3-4-cü sinifdə başlanılması məsləhətdir. Ancaq həmin yaşa qədər üzgüçülüyə getmək daha yaxşı olar. Təcrübəmə görə bu, güləşçi üçün ən düzgün başlanğıcdır.

- Övladlarınızdan bu sahəyə yönələn olub?

- 4 qızım var. 4-nü də oxutdurub, ali təhsil vermişəm. Toy etmişəm. Qızımın birini İdman Akademiyasına yönləndirdim. Faiq Qarayevin voleybol komandasının üzvü olub. Boyu balaca olduğu üçün ehtiyat oyunçular skamyasında əyləşib. Bir qızım idmançı oldu.

- İdman pəhrizi və qidalanma barədə nə düşünürsünüz? İdmançı olaraq hansı pəhrizlə qidalanırdınız?

- Atam qəssab olub. Gecə-gündüz ət yeyirdim. Elə pəhrizim də ət idi (gülür). İndi ət tapılmır. Yemək olmayan evdən idmançı çıxmaz.

- Məşq prosesləriniz necə keçirdi? Hazırlıq prosesi haqqında danışardınız.

- Gündə 3 dəfə məşq etməyən adam dünya çempionatından medal gətirə bilməz. 3 dəfə məşq edirdim, səhərlər 10 km məsafə qaçırdım. Valideynlərim 3 ay yay tətilində məni dağa göndərirdilər. Gedib 3 ay da orada idman edirdim.

- Yarışlarda zədəniz olub?

- Hamısı indi çıxır ortaya. O zamanlar hiss etmirdim. Amma indi hava soyuduqca qabırğalarım sızıldıyır.

- Şəkərxan müəllim, rayonunuzda bu sahəyə marağı olan gənclər var?

- Var, ancaq bu telefonlar gənclərin belini qırıb. Bəzi gənclərimiz telefon xəstəliyinə tutulub. Gec yatırlar, səhər dura bilmirlər. Səhər durub qaçmayandan, məşq etməyəndən sonra sən kimə lazımsan?!

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Oxşar xəbərlər