Quba Olimpiya İdman Kompleksində güləş üzrə milli komandalarımızın təlim-məşq toplanışı keçirilir. Bu haqda ShimalNews 11 aprel tarixində xəbər verir.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, bu gündən etibarən 2 həftə müddətində sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Qubada məşqləri davam etdirəcək.
Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təlimlər keçəcək.