Qubadan olan idmançı güləş üzrə U-15 Azərbaycan çempionatında uğurlu çıxış edib. Bu barədə ShimalNews 5 may tarixində Güləş Federasiyasına istinadən məlumat verir.
Yarış Şağan Olimpiya İdman Kompleksində keçirilib. Burada 101 idmançı yunan-Roma güləşi üzrə mübarizə aparıb.
Qubanı təmsil edən Aqil Mikayılov 68 kq çəki dərəcəsində bürünc medal qazanıb.