top
“Hypers Quba”nın baş məqçisilə söhbət
11 noyabr 2024, 20:59
- ↺ +

“Hypers Quba”nın baş məqçisilə söhbət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə çempionatının 2-ci liqasının 9-cu turunda “Hypers Quba” “Şəfa”nın qonağı oldu. 


Qubalılar “Şahdağ Qusar”ın ardından daha bir iddialı rəqibə məğlub oldu. “ASK Arena”dakı qarşılaşmadan sonra Quba təmsilçisinin baş məşqçisi Vüqar Nadirovla söhbətləşdik.

- “Şahdağ Qusar”dan sonra daha bir əsas rəqibinizi - “Şəfa”nı da üstələyə bilmədiniz. Problem nədən ibarətdir?

- Futbolçularımdan heç vaxt razı qalmamışam. Zədəli oyunçularımız həddən artıq çoxdur. Oyunçu kasadlığı var idi. Epizodları incələyəcəm. Onu deməliyəm ki, belə hakimlik olmur. Konkret hakim idarəçiliyindən şikayətçiyəm. Birtərəfli hakim olmur. Dərhal bilinirdi ki, hakim heyətinin meydan sahibi komandaya simpatiyası var. Hər şey göz qabağındadırv. Amma biz əziyyətlə bura kimi gəlib çıxmışıq. Bəzən məşq etməyə, yuyunmağa yerimiz olmurdu, ancaq Region Liqasından pillə-pillə gəlib bura qədər çatdıq. Yəni heç nəyi asan qazanmamışıq. Özüm də əziyyət qarşılığında nəyəsə nail olmağı xoşlayıram. Futbolda stress, belə şeylər olur. Lakin həmişə futbolçularımın yanındayam, yenə də olacam. Komandamız yaxşı futbol oynadı. "Şəfa"nı təbrik edirəm.

- Hansısa qərarlar istədiyiniz kimi olmadı, yoxsa ümumilikdə hakimlərin qərarlarından?

- Xırda-xırda yığıldı. Epizodlar bizim əleyhimizə gətirib çıxarırdı. Birinci qolda baxmalıyıq ki, onların hücumçusunun ayağı topa dəyib, ya yox. Amma hakimlərin işi son dərəcə bərbaddır. Gedib premyer-liqada hakimlik edə bilmirlər, burda şans verirlər, o da belə. Yaxşı, biz futbol oynamayaq? Futbol kişi oyunudur, xarakter oyunudur. Futbolumuzun inkişafını istəyiriksə, hakimlər belə səhvlərə yol verməməli, oyunu belə idarə etməməlidirlər. Tərəfkeşlik düzgün deyil.

- Əsas “qol silahınız” Cavid İmamverdiyevin məhsuldarlığı son vaxtlar aşağı düşüb...

- Elə bir şey deyil. Sabit futbolçu yoxdur. Mövsümdən-mövsümə dəyişir. Bir də görürsən yaxşıya, bir də görürsən belə... Cavid təcrübəli futbolçudu, peşəkar karyerası var. Həmişə komandaya kömək edir. Digər məqamlar, məsələn çəki amili burda rol oynayır. Yavaş-yavaş çalışırıq ki, artıq çəkini aradan qaldıraq. Cavid "Kür-Araz"da çox çəkiliydi. Amma bura gələndən görürsüz ki, çəkisini azaldıb. Pillə-pillə üzərində işləyirik. Çünki işləməyə çox vaxt lazımdır. Yəni üç ayın  komandasıyıq. Bu klubu sıfırdan qurmuşuq. Bir il əvvəl Region Liqasında başlasaq da, heyətin hamısını dəyişdik. Fərqli çempionatlardır. Ona görə də yaxşı işlər görmək üçün bizə zaman lazımdır.

- Orxan Sadıqlını əsas oyunçu kimi transfer etmisizniz?

- Mən çalışdığım qədər kənarda qalan nə qədər peşəkar oyunçu varsa, komandama dəvət edirəm. Futboldan uzaqlaşmış futbolçuları meydana qaytarmağa çalışırıq. Yaxşı mənada "futbola ac" oyunçular axtarırıq. Maliyyə baxımından yox. Sadıqlı çox təcrübəlidir, bizə kömək edəcək. Premyer-liqada oynayıb. Həm xarakterinə, həm də oyununa görə düşünürəm ki, bizə köməyi deyəcək.

- Bəzən məşqçilər dost-tanışını da dəvət edir. Sizə kömək edəcək futbolçu yoldaşlarınız yoxdur, yoxsa özünüz istəmədiz?

- Məndə elə xarakter yoxdu. Kim güclüdüsə, onu da dəvət edirəm. Ən azı komandaya götürəndə də nizam-intizamına baxıram. Nizam-intizamı yoxdusa, güclü futbolçunu da komandaya götürmürəm.

- İstədiyiniz komandanı qura bilmisinizmi?

- Çalışdığım qədər yaxşı heyət qurmuşam. Dekabr fasiləsində 6-7 oyunçu dəvət edəcəyik. Yəni bunun üzərində işləyəcəyik. Hələ güclənməyə ehtiyacımız var.

- Hədəfiniz nədir?

- Komandamın yaxşı yerdə, pillədə qərarlaşması əsas hədəfimdir. Medal qazanmaq istəyirik. Görək qismət olacaqmı...

Mənbə: football-plus.az

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
29 oktyabr 2026, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
29 oktyabr 2026, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
29 oktyabr 2026, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
29 oktyabr 2026, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Oxşar xəbərlər