“Şahdağ Qusar” Futbol Klubu II Dövrənin hazırlıqlarını davam edərək sonuncu yoxlama oyununu keçirib. Bu haqda ShimalNews 27 fevral tarixində məlumat verir.
Komandamız ev oyununu Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirib. Bura Türkmənistanın “Nebitçi” komandası təşrif buyurub.
Oyundan öncə Xocalı Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra futbolçularımız meydana qara sarğı ilə çıxıblar.
Görüş rəqib komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb.