Qusarın futbol komandası Ağcabədidən qələbə ilə qayıdıb. Bu barədə ShimalNews 8 may tarixində Region Liqasına istinadən məlumat verir.
Mayın 7-si “Qusar” – “Füzuli” oyunu baş tutub. Matç Region Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilib. Nəticə etibarı ilə komandamız yarımfinala vəsiqə qazanıb.