İsmayıllı Olimpiya İdman Kompleksində futbol üzrə Region Liqasının növbəti oyunu keçiriləcək. Bu barədə ShimalNews 19 noyabr tarixində İsmayilli.ws-a istinadən xəbər verir.
Regional Liqasının növbəti turu noyabrın 20-si saat 15:00-da keçiriləcək. Meydanda “İsmayıllı” FK və “Ağsu-06” komandaları qarşı-qarşıya gələcək.
Komandamıza uğurlar arzulayırıq!
Daha öncə AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün püşkü atdığı haqqında məlumat vermişdik.