Quba, Qusar və Xaçmaz rayonlarından seçilmiş 13-16 yaşlı oğlanlar voleybol düşərgəsində iştirak ediblər. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Milli komandalara rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi tərəfindən Qusar Olimpiya İdman Kompleksində 20 gənc arasında seçim aparılıb. Onlardan 5 nəfər müəyyənləşdirilib və bu yeniyetmələr Bakıda təşkil olunacaq düşərgəyə cəlb ediləcəklər.
Təşkilatçılıq Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təmin edilib.