“NTD İndigo” klubunun Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turunda rəqibi bəlli olub. Bu haqda 18 dekabr tarixində ShimalNews ABL-ə istinadən xəbər verir.
Xaçmaz komandası növbəti oyunda “Şəki” BK ilə üz-üzə gələcək. Oyun 24 dekabr saat 12:00-da Şəki OİK-da keçiriləcək.
Liqanın 8-cı görüşündə təmsilçimiz “Cəlilabad” BK-nı 108:93 hesabı ilə məğlub etmişdir.