top
Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi
Dünən, 16:00
- ↺ +

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda yerləşən sanatoriyada fizioterapevt işləyən qadın 10 min manatlıq dələduzluq ittihamı üzrə cinayət məsuliyyətindən azad edilib.

1982-ci il təvəllüdlü Amirə tanışının oğlunu Ukraynada universitetə qəbul etdirəcəyini, digər qohumunu isə Azərbaycandakı ali məktəblərdən birinə köçürəcəyini vəd edərək ondan ümumilikdə 12 min manat alıb.

Məhkəmə materiallarına əsasən, qadın 2 min manatı nağd, 10 min manatı isə bank kartına köçürmə yolu ilə əldə edib. O, öhdəliklərini yerinə yetirməyib və cinayət təqibi başlanana qədər yalnız 2 min manat qaytarıb.

Məhkəmədə ittihamı qəbul edən Amirə sənədləşmə ilə bağlı problemlərə görə vədlərini yerinə yetirə bilmədiyini bildirib. Sonradan zərərçəkmişlə barışdığını və dəymiş ziyanı tam ödədiyini qeyd edib. Zərərçəkmiş də pulun qaytarıldığını təsdiqləyərək şikayət və tələbinin olmadığını deyib.

Şahidlərin ifadələrinə görə, Amirə başqa qadınlara da pul müqabilində məktəblərdə direktor və kitabxanaçı vəzifələrinə düzəltmək təklifləri edib.

Məhkəmə ziyanın tam ödənilməsini, tərəflərin barışmasını və digər halları nəzərə alaraq "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya qərarını tətbiq edib. Nəticədə qadın cinayət məsuliyyətindən azad olunub, cinayət təqibinə xitam verilib.

Mənbə: Qaynarinfo.аz

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Bu gün, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Bu gün, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Bu gün, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Bu gün, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Oxşar xəbərlər