Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.
Qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27, Xınalıq kəndində 25, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.
Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu müvəqqəti bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Mənbə: Apa.аz