Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində yerləşən ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva həyatını itirib. Avtomobilin sürücüsü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Qəzada həlak olan Səma Əliyevanın Şəmkir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı olduğu məlum olub.
Tibb müəssisəsində qeydiyyatçı vəzifəsində çalışan 33 yaşlı qadın bir övlad anası idi.
Onun fotosunu təqdim edirik.