top
Qaxda 36 kilo ət oğurlayan şəxs saxlanıldı
04 sentyabr 2026, 16:26
- ↺ +

Qaxda 36 kilo ət oğurlayan şəxs saxlanıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaxda qəssab dükanlarından oğurluq edən şəxs saxlanılıb.

Hadisələr şəhər ərazisində, İ. Dağıstanlı və A. Məmmədov küçələrində yerləşən ət mağazalarında qeydə alınıb.

64 yaşlı Qax şəhər sakini İlqar Rəşidov həmin ünvanlarda yerləşən qəssab dükanlarından ümumilikdə 36 kiloqram dana əti oğurlayıb. Hadisələrdən birində o, mağazanın qapısını açaraq içəri daxil olub, digərində isə qapını sındırıb.

Məlumata görə, İlqar Rəşidov A. Məmmədov küçəsində yerləşən eyni qəssab dükanına ikinci dəfə daxil olaraq 5-7 kiloqram ət oğurlamaq istəyib. Əti götürdükdən sonra mağazadan çıxarkən onu bir nəfər görüb. Bundan sonra əlindəki kisəni ataraq hadisə yerindən qaçıb.

Nəticədə tüfeyli həyat tərzi keçirdiyi bildirilən İlqar Rəşidov zərərçəkənlərə ümumilikdə 612 manat məbləğində ziyan vurub.

Zərərçəkən qəssabların şikayəti əsasında İlqar Rəşidov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində törətdiyi əməlləri etiraf edib. Zərərçəkənlər isə onlara dəymiş ziyanın ödənildiyini və İlqar Rəşidovdan şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmənin qərarı ilə İlqar Rəşidov 1 il 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Mənbə: Lent.аz

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
Bu gün, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
Bu gün, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
Bu gün, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
Bu gün, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Kriminal
Bu gün, 15:51

Pivə almadı, mübahisə qanlı hücuma çevrildi – Ağsudakı hadisənin detalları

Cəmiyyət
Bu gün, 15:34

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Cəmiyyət
Bu gün, 14:26

Dilarə avtomobil ustası olacaq

Cəmiyyət
Bu gün, 13:55

Qubada Zəfər bulağına kran quraşdırıldı

Hadisə
Bu gün, 13:15

Bakı-Quba yolunda təhlükəli beton maneə götürülüb

İdman
Bu gün, 12:20

Qubada futbol akademiyası tikiləcək

Cəmiyyət
Bu gün, 11:21

Şimalda yağıntının miqdarı normanı ötüb

Cəmiyyət
Bu gün, 10:55

Qubanın kəndində şagirdlər hər gün piyada 12 km yol qət edirlər

Kriminal
Bu gün, 10:02

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edilib

İdman
Bu gün, 09:54

Premyer Liqa: 9-cu tur "Araz-Naxçıvan" – "Qəbələ" oyunu ilə başlayır

Cəmiyyət
Bu gün, 09:17

Qubanı duman bürüdü - VİDEO

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 27-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:02

İsmayıllıdan Qarabağa: 34 ildən sonra doğma yurda qayıdış

Hadisə
Dünən, 16:28

Qubaya gəlib nömrəsiz avtomobil sürən şəxslər həbs olundular

Cəmiyyət
Dünən, 15:40

Xaçmazda ekoloji təhlükə: Dəmiryolunun altı zibil poliqonuna çevrilib – VİDEO

Bütün xəbərlər
Dünən, 14:40

İsmayıllıda payız, vəhşi təbiət və "Ögey ana" filminin izləri

Kriminal
Dünən, 14:32

Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı – TƏFƏRRÜAT

İdman
Dünən, 14:00

"Şahdağ-Qusar"ın yarımmüdafiəçisi: "Hədəfimiz çempionluqdur"

Hadisə
Dünən, 13:14

Xaçmazlı kişi bir suala görə arvadını döydü

Oxşar xəbərlər