İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza bu gün (16.10.2026) səhər saatlarında qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobillə "Ford" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, "Ford"un sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.