top
Şabranda bu yolda hər addım riskdir
Video
Bu gün, 10:40
- ↺ +

Şabranda bu yolda hər addım riskdir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran şəhərində Nizami küçəsindən dəmir yolu vağzalı istiqamətindən Güləmli kəndinə gedən yolda küçə işıqlandırmaları işləmir.

Məsələ ilə bağlı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, yol boyunca quraşdırılmış işıq dirəklərindən yalnız üçü işləyir, qalanları isə uzun müddətdir sıradan çıxıb.

Gecələr sözügedən yolun yalnız bir-iki hissəsində işıq yanır. Digər hissələr isə hərəkətdə olan nəqliyyat vasitələrinin fənərləri olmasa, demək olar ki, tamamilə qaranlıq qalır.

Diqqətçəkən məqamlardan biri də yol kənarında piyada və uşaq keçidləri barədə xəbərdarlıq nişanlarının olmasıdır. Bu da həmin hissədə piyadaların, o cümlədən uşaqların hərəkət etdiyini və onlar üçün real təhlükənin ola biləcəyini göstərir.

Sakinlər bildirirlər ki, qaranlıq yolda sürücülər piyadaları gec görür, piyadalar isə yolun kənarını və çuxurları seçməkdə çətinlik çəkirlər. Xüsusilə payız-qış aylarında havanın tez qaralması vağzaldan kəndə gedib-gələn insanlar üçün təhlükəni artırır. Nəticədə, gecə saatlarında yolda həm piyadalar, həm də sürücülər üçün qəza riski yaranır.

Vətəndaşlar aidiyyəti qurumlardan yol boyunca bütün işıq dirəklərinin yoxlanılmasını və sıradan çıxan işıqlandırma sistemlərinin təmir edilməsini tələb edirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:00

Xalq artistinin doğum günüdür

İdman
Bu gün, 09:17

"Şamaxı" "Şəfa"nı qəbul edəcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 20-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:40

Fermerlər: "Fındığı 3 manata da sata bilmirik"

Cəmiyyət
Dünən, 16:40

Şabranda baxımsız qalan muzey təhlükə saçır

Hadisə
Dünən, 15:47

Qusarda çaqqallar 3 nəfərə xəsarət yetirib

Hadisə
Dünən, 15:30

Qax sakini Bilgəhdə qəzada həlak olub - VİDEO

Cəmiyyət
Dünən, 14:56

Şabranda Samur-Abşeron kanalı və antisanitariya – VİDEO

Cəmiyyət
Dünən, 14:10

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Qusar–Həzrə–Sudur avtomobil yolunda aparılan bərpa işləri yekunlaşdırılıb

İqtisadiyyat
Dünən, 12:25

Şabalıdın qiyməti fermerlərin üzünü güldürdü

Cəmiyyət
Dünən, 11:38

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib

Hadisə
Dünən, 10:42

Şəkidə müştəri gediş haqqı üstündə taksi sürücüsünü döyüb

İqtisadiyyat
Dünən, 10:35

İlhamə Qədimova: "8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir"

Cəmiyyət
Dünən, 09:36

Zaqatalada 79 yaşlı kişi itkin düşüb

Hadisə
Dünən, 09:10

Qəbələdə yeniyetmənin ölümünə səbəb olan cərrahın cəzası ağırlaşdırıldı

Cəmiyyət
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Hadisə
14 oktyabr 2026, 17:45

Bilgəhdə avtomobil aşdı: Qax sakini öldü

Cəmiyyət
14 oktyabr 2026, 16:47

Qubada Zəfər bulağı aylardır susuz qalıb

Cəmiyyət
14 oktyabr 2026, 15:40

Ad günündə şəhid olan balakənli igidimiz

Hadisə
14 oktyabr 2026, 14:50

Qaxda 132 min manatlıq dələduzluq edən sahibkara ağır cəza

İdman
14 oktyabr 2026, 13:57

Qusarın idmançı qızlarından Azərbaycan çempionatında 3 medal

Oxşar xəbərlər