top
Parlament Qubanın iki bələdiyyəsinin adını dəyişdi
16 oktyabr 2026, 11:40
- ↺ +

Parlament Qubanın iki bələdiyyəsinin adını dəyişdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Parlament Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini qəbul edib.

Bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:55

Bəzi şimal rayonlarına qar yağır

Hadisə
Bu gün, 10:05

Xaçmazda ev yandı, 90 yaşlı qadın öldü

Cəmiyyət
Bu gün, 09:44

Balakəndə qaz təminatı dayandırılıb

Hadisə
Bu gün, 09:30

Qəbələdən olan tələbə Bakıda vəfat edib - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

Məktəblərdə payız tətili başlayıb

Hadisə
14 noyabr 2026, 18:00

Zaqatalada şəhid atası vəfat edib

İdman
14 noyabr 2026, 17:00

"Şahdağ Qusar" "Şəfa"ya qalib gəldi

Cəmiyyət
14 noyabr 2026, 16:00

Nə qaz var, nə də odun almağa pul: Kəndlərin qış qayğısı

Hadisə
14 noyabr 2026, 15:13

Zaqatalada iki avtomobil toqquşdu: 33 yaşlı sürücü yaralandı

Hadisə
14 noyabr 2026, 14:25

Qubada qəribə hadisə: Arvadı rayona gedən kişi TikTok-da tanış olduğu qadını evinə gətirdi

Cəmiyyət
14 noyabr 2026, 13:35

Nuh tufanından sonra salınan kənd? Xınalıqla bağlı maraqlı ehtimal

Hadisə
14 noyabr 2026, 12:47

58 min manatlıq mənimsəmə: Şəkidə sabiq bağça müdirinə hökm oxundu

Cəmiyyət
14 noyabr 2026, 11:52

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Cəmiyyət
14 noyabr 2026, 11:10

Vəlvələnin yolları aşsüzənə dönüb: sakinlər çalalar arasında yol axtarır

Cəmiyyət
14 noyabr 2026, 10:25

Qubada və Xaçmazda ağaclar qeydiyyata alındı

Cəmiyyət
14 noyabr 2026, 09:41

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
13 noyabr 2026, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
13 noyabr 2026, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
13 noyabr 2026, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
13 noyabr 2026, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
13 noyabr 2026, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
13 noyabr 2026, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
13 noyabr 2026, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
13 noyabr 2026, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Oxşar xəbərlər