Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Beynəlxalq FİSO Olimpiadasında 1-ci yer qazanıblar. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən finalda Ramid Əliyev və Rasim Əliyev riyaziyyat fənni üzrə qızıl medal və diploma layiq görülüblər.
Bundan öncə Xudat şəhər Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin şagirdi Kamil Saruxanovun FİSO-da 3-cü yer qazandığı haqda xəbər vermişdik.