top
Vətən müharibəsinin 44-cü günü – XRONİKA
09 noyabr 2024, 00:01
- ↺ +

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-u növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 44-cü günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli və Ördəkli kəndləri.

44 günlük Vətən müharibəsinin 44-cü günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edilib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında məlumat verib.

Prezident İlham Əliyev “BBC News”a müsahibə verib.

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Çoxlu itkilər verən işğalçı ordu geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, bir ədəd T-72 tankı, bir ədəd D-30 topu, bir minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili sıradan çıxarılıb.

Müdafiə Nazirliyi düşmənin atəş nöqtələrinin və şəxsi heyətinin məhv edilməsini əks etdirən videogörüntü yayıb.

Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib.

Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilib.

Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb.

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
29 oktyabr 2026, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
29 oktyabr 2026, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
29 oktyabr 2026, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
29 oktyabr 2026, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Oxşar xəbərlər