Bölgəmizdə alma yığımı zamanı meyvənin yerə düzülməsinin bir məqsədi var.
Söhbət “Cırhacı” kimi tanınan ənənəvi alma sortundan gedir. O, əsrlər boyu dillər əzbərinə, süfrələr bəzəyinə çevrilərək “bağın tacı” adlandırılıb.
“Bizim Cırhacı alma sortunu yarıb bir müddət saxlayın. Görəcəksiniz ki, qapqara qaraldı. Nəyə görə? Ona görə ki, onun tərkibində mikroelementlər, dəmir çoxdur, vitaminlərlə zəngindir”, - deyə biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova bildirib.
Qızarıb alyanaq olması üçün almaları tək-tək açıqlıqda gün şüalarının altına düzürlər. Fermerlər bildirirlər ki, yarpaq və budaq altında qalan meyvə gözəl rəng almır.
[caption id="attachment_50036" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/10/Sequence-02.mp4"][/video]