top
Satqınlığın qurbanı: Möhübəli əfəndi Kuzunvinin öldürülməsi
03 yanvar 2023, 15:00
- ↺ +

Satqınlığın qurbanı: Möhübəli əfəndi Kuzunvinin öldürülməsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bolşeviklər ləzgi xalqının qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştirakçısı, qusarlı Möhübəli əfəndi Kuzunvinin xalq arasındakı nüfuzundan qorxaraq, onu aradan götürmək üçün xüsusi plan hazırlayırlar.

Beləliklə, Fövqəladə Komissarlıq iki Kuzun kəndinin sakinlərini ələ alıb, onlara Möhübəli əfəndini qətlə yetirməyi əmr edir. 1922-ci ildə (digər mənbələrdə 1928) onların əlinə fürsət düşür. Bu zaman Xaçmazın Ağaşirinoba kəndində yaşayan molla Gülbala Möhübəli əfəndini qonaq çağırır. Möhübəli əfəndi kuzunlu dostu molla Məhəmmədlə birlikdə Ağaşirinobaya gəlir.

Burada bir nəfər Möhübəli əfəndiyə deyir ki, gəldiyi yolla qayıtmasın. Bunun səbəbi isə onun həmin adama qəsd hazırlandığını və bir neçə nəfərin pusquda durduğunu bilməsi idi. Lakin Möhübəli əfəndi inadkarlıq edib, belə deyir: “Bir can nədir ki, ondan ötrü düşmən qabağından qaçım”.

Möhübəli əfəndinin inadından əl çəkmədiyini görən Molla Məhəmməd dostunu ölümdən xilas etmək üçün məclisdən tez çıxıb onun ağ atına minir ki, bolşevik əlaltılarını çaşdırsın.

Lakin satqınlar həm Möhübəli əfəndiyə, həm dostu molla Məhəmmədə arxadan gizlicə atəş açırlar. Deyilənə görə, onlar yaralı olsalar belə, sürünərək uzun məsafəni keçiblər. Hər ikisi Qıraqlı kəndinə çatmamış vəfat edir.

Möhübəli əfəndi Kuzunvinin cəsədi yoxa çıxır. Bu günə kimi onun harada dəfn olunması haqda məlumat yoxdur.

Kuzunvi öldürüləndən sonra onun evi, var-dövləti talan olunur, bütün xatirələri məhv edilir, yazdığı kitabları isə çaya tökülür.

İstinad edilən mənbələr:


  • Azərbaycan xalq cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. -2018.-№74-75-76.- S.210-214.

  • Məşhur ləzgilər haqqında bilmədiklərimiz.-Samur qəzeti.-29.03.2007.-səh.3.

  • Müzəffər Məlikməmmədov. Qanlı Dərə. Bakı-2019.

  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.

  • https://lent.az/news/182206

Son xəbərlər

Hadisə
Bu gün, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Bu gün, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Bu gün, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Bu gün, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Bu gün, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Bu gün, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Bu gün, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Bu gün, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Bu gün, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Bu gün, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Bu gün, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
Dünən, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
Dünən, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
Dünən, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
Dünən, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
Dünən, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
Dünən, 15:10

İsmayıllıda ağır qəza

Cəmiyyət
Dünən, 14:10

Şimallı igid şəhidlərimizin doğum günüdür

İqtisadiyyat
Dünən, 14:10

Hərbçilərin əməkhaqları artırılır

Oxşar xəbərlər