top
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru: “Axundzadənin yaratdığı teatrı qorumağa çalışırıq” – ÖZƏL MÜSAHİBƏ
26 noyabr 2024, 16:35
- ↺ +

Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru: “Axundzadənin yaratdığı teatrı qorumağa çalışırıq” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Teatr, insanların səhnədə canlı şəkildə oynadıqları, rəqslər, musiqilər, sözlər və hərəkətlər vasitəsilə bir hekayəni və ya əsəri tamaşaçılara təqdim etdikləri bir sənət növüdür. Teatr, bəşər mədəniyyətinin ən qədim və zəngin sənət formalarından biridir və sosial, psixoloji, tarixi və fəlsəfi mövzuları araşdırmağa imkan verir.

Teatr həm də sosial və mədəni mesajlar vermək üçün güclü bir vasitədir. Bir çox vaxt teatr əsərləri cəmiyyətin problemləri və insan hüquqları, bərabərlik, ədalət və digər məsələlər haqqında dərin düşüncələr ortaya qoyur. Teatrın əhəmiyyəti yalnız əyləndirmək deyil, həm də insanları düşündürmək, onlara yeni baxış bucaqları açmaqdır.

Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən teatr sənətinə böyük hörmətlə yanaşılır.  Qusar rayonu da mədəniyyəti və incəsənəti ilə seçilən bölgələrdən biridir.

Belə şəxslərdən biri də Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşovdur.

Shimal.News-un əməkdaşı onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Faiq bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Uşaqlıdan teatra böyük sevgim və marağım olub. Gənc yaşlarımdan Qusarda Xalq Teatrında aktyor kimi çalışmışam. 1992-ci ildə teatra dövlət statusu verildi. Teatrımız 32 ildir ki, dövlət statusu adı altında fəaliyyət göstərir. 2011-ci ildən teatra rəhbərlik edirəm.

- Ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?

- Xeyr, məndən başqa incəsənət ilə məşğul olan yoxdur. Həm musiqiçi, həm də aktyor olmuşam.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz? Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

-  Biz rejissor çatışmazlığından əziyyət çəkmirik. Bizim teatrda quruluşçu rejissor Bağır Əhmədovdur. Biz özümüz də bir yumruq olub çalışırıq. Sadəcə yerli rejissorları teatrlara cəlb etmək lazımdır. O daha məqsədəuyğundur. Çünki kənardan gələnlər çalışa bilmir. Rejissorlarımız çox olmasa da, tamaşalar səhnələşdiririk. İstedadlə aktyorlar var.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- Düşünmürəm ki, maraq azalıb. Teatrlara maraq var. Təbii ki, Bakı ilə bölgə teatrlarına maraq eyni olmayacaq. Ancaq çalışırıq. Qonaqlarımız olur. Teatrımızı inkişaf etdirməyə çalışırıq.

- Festivallarda iştirak edirsinizmi?

- Biz bölgəmizdə və Respublikadan kənarda olan tədbirlərdə, festivallarda iştirak edirik. Qusar Dövlət Ləzgi Dram Teatrında tamaşalar göstəririk. Respublikada fəaliyyət göstərən 26 teatrdan geridə qalmırıq. Onlarla irəliləyirik. Azərbaycanın peşəkar milli teatrının bir qolu olaraq Azərbaycan mədəniyyətini milli teatrımızda dirçəltməyə, onu inkişaf etdirməyə çalışırıq və bundan sonra da çalışacağıq.

- Teatr aktyorları maaşdan şikayətlənirlər. Siz bu barədə nə düşünürsünüz?

- Maaş dövlət tərəfindən verilir. Az olsa da çox şükür, dolanırıq. Başqa işlərdən gəlir qazanmaq olur. Aktyor dolanır, ailəsini saxlayır.

- Teatrınızda nə kimi yeniliklər olacaq?

- Biz quruluşçu rejissor ilə danışırıq. 4 əsər götürmüşük. Qırğız yazarı Çingiz Aytmatovun “Cəmilə” əsərini səhnələşdirəcəyik. Yanvarın 9-da Azərbaycanın Milli Dram Teatrında çıxışımız var. Bölgə teatrlarının Bakı premyeraları olacaq. “Sədəf” tamaşasını səhnələşdirəcəyik.

Yeni il üçün repertuar seçirik. Mirzə Fətəli Axundzadənin yaratdığı, bizə miras qoyduğu teatrı qorumağa çalışırıq.

- Qusar Teatrında nə kimi problemlər var?

- Ümumiyyətlə bizim teatrda ciddi problem yoxdur. Problem belə baxanda hər yerdə var. Başa düşüləndir. Böyük problemlərimiz yoxdur. Problem olmasa, maraqsız olar.

- Sizcə, teatrın əsas məqsədi nə olmalıdır?

- Bizim milli-mənəvi borcumuzdur. Adət-ənənələrimizi yaşatmalıyıq. Gündəlik məşqlər edirik. Yeni ilə hazırlaşırıq. Uşaqları sevindirəcəyik. Rəsmi dövlət tədbirləri də burada aparılır. Biz çalışırıq. Yaradırıq. Çox çalışırıq. Çalışacağıq da..


Nəzrin Vahid

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
29 oktyabr 2026, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
29 oktyabr 2026, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
29 oktyabr 2026, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
29 oktyabr 2026, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Oxşar xəbərlər