top
İlin ən uzun gecəsi və böyük çillə: Necə keçirilir? – ASTROLOQDAN ÖZƏL AÇIQLAMA
20 dekabr 2024, 21:14
- ↺ +

İlin ən uzun gecəsi və böyük çillə: Necə keçirilir? – ASTROLOQDAN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il dekabrın 20-dən 21-nə keçən gecə yer kürəsi qış fəslinə qədəm qoyur. Buna el arasında “Çillə Axşamı”, “Yelda gecəsi” də deyirlər. İlin ən uzun gecəsindən sonra isə qış başlayır.

Həmin gün Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.

Alimlər bildiriblər ki, 21 dekabr qış gündönümü olduğu üçün bu gün gecənin müddəti maksimum, gündüz isə minimum olacaq. Sonra isə günlər uzanmağa başlayacaq.

Maraqlıdır, astrologiya bu gün barədə nə deyir?

Bu barədə Bakuplus.az-a danışan astroloq Səbuhi Rəhimli deyib ki, ilin ən uzun gecəsi ilə bağlı bütün dinlərdə mərasimlər var:

“Öncə onu deyim ki, bütün fəsillər məhz astroloji ölçülərə əsaslanır. Məsələn, Günəş Qoç bürcünə girəndə gecə-gündüz bərabərliyi yaranır. Bahar fəsli başlayır. Günəş Xərçəng bürcünə daxil olanda isə yay fəsli başlayır. Tərəzi bürcünə girəndə payız, dekabrın 21-də Oğlaq bürcünə daxil olanda isə qış fəsli başlayır.

Çox təəssüf ki, astrologiyanın adını çəkməyən astrofiziklər, astronomlar bunu heç vaxt demir. İzah etmirlər ki, nəyə görə 10:17-də qış fəsli girir.

İlin ən uzun gecəsi – 21 dekabrla bağlı demək olar ki, bütün dinlərdə mərasimlər var. Qədim zərdüştlükdə də bu gecədə mərasimlər var idi. Çünki həmin gecə işıqla zülmətin mübarizəsindən bəhs edilir. Məsələn, fikir verin, Novruz bayramı çox şənliklə qeyd edilir. Buna səbəb həmin zaman gecə ilə gündüzün bərabərləşməsidir. Ona görə insanlar sevinir ki, gün uzanacaq, şər azalacaq.

Cənubi Azərbaycanda bu gün də davam edən çox möhtəşəm Çillə bayramı var. 40 milyonluq əhali bunu təmtəraqlı şəkildə qeyd edir. Mən hər zaman deyirəm ki, bizə yad olan “Cadılar bayramı” deyilən mərasimi keçirirlər. Amma Çilləni keçirən yoxdur”.

Onun sözlərinə görə, Çillə bayramında süfrədə mütləq qarpız olmalıdır:

“İlin ən uzun gecəsi, 21 dekabrda Çillə bayramını keçirənlərin süfrəsində mütləq qarpız olur. Bir dənə də olsa, samanlıqda qarpız saxlayırlar. Həmin gecə qarpızı kəsirlər. 21 dekabrı mistik cəhətdən də çox dəyərləndirirlər. Hətta 2012-ci ildə həmin gün dünya dağılacaq deyirdilər. Bununla bağlı filmlər də çəkdilər. Həmin vaxt bunu nə qədər təkzib etsəm də, inanan olmadı. Şam, yemək aldılar. Ən böyük planet Yerin ətrafından keçsə belə, Yerdə 8 saatdan artıq qaranlıq olmur. Bu hal hələ ki, dünya yaranandan olmayıb.

Mən hesablamışam. Bakı vaxtı ilə 10:17-də qış fəsli başlayır”.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Dünən, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Dünən, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Cəmiyyət
Dünən, 09:17

Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: XRONİKA

İdman
28 oktyabr 2026, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
28 oktyabr 2026, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

Oxşar xəbərlər