top
Bu gün “Soyuq günəş” filminin müəllifi Sədaqət Kərimovanın doğum günüdür
30 mart 2023, 12:30
- ↺ +

Bu gün “Soyuq günəş” filminin müəllifi Sədaqət Kərimovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sədaqət Qayınbəy qızı Kərimova 30 mart 1953-cü ildə Qusarda anadan olub.

Sədaqət Kərimova ilk təhsilini Qusar şəhər 1 saylı orta məktəbdə almışdır. Hələ 13 yaşında onun “Vətənim” adlı ilk şeiri, “Qırılmış qanad” adlı ilk hekayəsi və “Gənclər iməcilik keçirdilər” adlı ilk məqaləsi bir sıra qəzet və jurnallarda dərc edilmişdir. Kərimova onuncu sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin respublika məktəbliləri arasında keçirdiyi “Anam, doğma Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibi olmuşdur.

Sədaqət Kərimova 1969-cu ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. O, universitetdə oxuyarkən Azərbaycan Kommunist Partiyasının “Sovet kəndi” qəzetinə müxbir vəzifəsinə işə götürülmüşdür. Həmin qəzetdə o, 17 il çalışmışdır. 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur.

Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Onun özünə məxsus olan 100-dən çox mahnısı ayrı-ayrı müğənnilər tərəfindən ifa olunur. Onun rəhbərliyi ilə 40-a yaxın ləzgi xalq melodiyası yenidən işlənmiş və ya bərpa olunmuşdur.

Sədaqət Kərimova, həmçinin ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə şəxsi vəsaiti ilə çəkilən “Soyuq günəş” adlı filmin müəllifidir.

1984-cü ildə o, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına, 1991-ci ildə Həsən bəy Zərdabi adına mükafata layiq görülmüşdür. 2006-cı ildə Sədaqət Kərimovaya “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir. 2009-cu ildə o, Dağıstan Respublikasının “Şarvili” mükafatına layiq görülmüşdür. 2018-ci ildə “Doğma torpağa məhəbbətə görə” medalı ilə təltif olunmuşdur.

O, 1976-cı ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il fasiləsiz  rəhbərlik etmişdir.

Sədaqət Kərimova indiyə kimi nəşr olunmuş 30 kitabın müəllifidir. Onların sırasında “Soyuq günəş”, “Səssiz haray”, “Ləzginka çal, qardaşım”, “Hal”, “Qürub” və başqa kitablar var. Sədaqət Kərimova “Qusar, qusarlılar” adlı kitabını 2014-cü ildə çap etdirmişdir. Onun 2021-ci ildə “Гьиссерин кимел” (Hisslərimlə baş-başa) kitabı ləzgicə nəşr olunmuşdur.

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Hadisə
Dünən, 17:45

Bilgəhdə avtomobil aşdı: Qax sakini öldü

Cəmiyyət
Dünən, 16:47

Qubada Zəfər bulağı aylardır susuz qalıb

Cəmiyyət
Dünən, 15:40

Ad günündə şəhid olan balakənli igidimiz

Hadisə
Dünən, 14:50

Qaxda 132 min manatlıq dələduzluq edən sahibkara ağır cəza

İdman
Dünən, 13:57

Qusarın idmançı qızlarından Azərbaycan çempionatında 3 medal

Hadisə
Dünən, 13:08

Qubada avtobus və avtomobil toqquşub

Cəmiyyət
Dünən, 12:29

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib

Hadisə
Dünən, 11:49

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib

Hadisə
Dünən, 11:03

Xaçmazda "Chevrolet" ağaca çırpılıb - FOTO

İqtisadiyyat
Dünən, 11:00

Vahid Əhmədov: "Quba və Qusarda emal müəssisələri yaradılmalıdır"

Hadisə
Dünən, 10:00

Şəki məhkəməsi bir yaşlı oğlunun ölümünə səbəb olan anaya hökm oxudu

Hadisə
Dünən, 09:11

Zaqataladakı qəzalı körpü bərpa olunacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Hadisə
13 oktyabr 2026, 18:10

Ağsuda evlərdən qadın geyimləri oğurlayan kişi HƏBS OLUNDU

Hadisə
13 oktyabr 2026, 17:30

Balakəndə Gürcüstandan gələn yük maşınında gizli dərmanlar tapıldı

Hadisə
13 oktyabr 2026, 17:00

İsmayıllılı şəhidin doğum günüdür

Hadisə
13 oktyabr 2026, 16:12

Qubalı qadın oğlunu sakitləşdirmək istədi, özü bıçaqlandı

Cəmiyyət
13 oktyabr 2026, 15:33

Oğuzda qəhvəyi mərmər bağacığına qarşı tədbirlər görülür

Cəmiyyət
13 oktyabr 2026, 14:42

Şəki və Qəbələdən iki məzun Prezident təqaüdünə layiq görülüb

Cəmiyyət
13 oktyabr 2026, 14:10

Qubada tələbələr arasında intellektual yarış keçiriləcək

Cəmiyyət
13 oktyabr 2026, 13:30

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Qəbələyə gətirildi

Cəmiyyət
13 oktyabr 2026, 12:49

Rəşad Nəbiyev Qəbələdə üç rayonun sakinlərini qəbul edəcək

Oxşar xəbərlər