Zaqatala şəhərinin mərkəzi hissəsində içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.
Shimal.News xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində (Meydan ərazisi) su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə təmir işləri aparılır. Bununla əlaqədar olaraq şəhərin bir sıra küçələrinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bildirib ki, su kəsintisi Heydər Əliyev, Həzi Aslanov, Qarabağ, Şəhriyar, 28 May, Sabir, Cəfər Cabbarlı, Füzuli, Məhəmməd Əmin Rəsulzadə, Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Ülvi Sadıqov küçələrini, həmçinin Fikrət Əmirov, Nizami, Zərifə Əliyeva, Aqil Qardaşov, Azərbaycan prospekti və ətraf ərazilərin bir hissəsini əhatə edir.
Təmir işləri başa çatdıqdan dərhal sonra həmin ərazilərə suyun verilişi gün ərzində bərpa olunacaq.