top
Zaqataladakı kilsəni kim dağıdır?
Foto
03 iyun 2026, 16:29
- ↺ +

Zaqataladakı kilsəni kim dağıdır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada 1830-cu ildə inşa edilən və hazırda qeyri-işlək vəziyyətdə olan kilsə bərbad vəziyyətə düşüb.

Lent.az-ın məlumatına görə, kilsənin üzərində abidənin qorunması ilə bağlı lövhə qoyulsa da, onun xaricinə və daxilinə çoxsaylı zərər vurulub.

Abidənin içərisində çox sayda siqaret kötükləri, daxili divarlarında isə cızma-qaralar əks olunub. Hətta bəzi hissələrdə həmin yazıların yazıldığı gün də qeyd olunub. Xarici divarlarda da insan adları yazılıb. Bunlarla yanaşı çox insan içəri daxil olmaq üçün qapıdan yox, pəncərədən istifadə edir. Bu səbəbdən pəncərə hissəsində hörülmüş daşlar qoparaq dağılıb və tikilinin konstruksiyasına əlavə zərər dəyib.
Bəs görəsən, qorunan abidə niyə bu vəziyyətə düşüb? Şəhərin mərkəzində yerləşən abidəyə nəzarət olunurmu? 

Mədəniyyət Nazirliyindən sorğuya cavab olaraq bilirildi ki, abidə dövlət nəzarətində olsa da, naməlum şəxslər onun ətrafını çirkləndirir.

"Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində dövlət mühafizəsindədir. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə xüsusi nəzarət olunur. Bunun üçün tarixi tikiliyə məlumat lövhəsi vurulub, ətrafı dəmir torla hasarlanıb. Eyni zamanda mütəmadi olaraq kilsənin ətrafında təmizlik, səliqə-sahman işləri görülür.

Həyata keçirilən mühafizə və maarifləndirmə tədbirlərinə baxmayaraq naməlum şəxslər tərəfindən abidənin ərazisi çirkələndirilir. Həmçinin daha öncəki vaxtlarda tarixi abidəyə müdaxilələr edilib".

Görünən odur ki, naməlum şəxslərin kimliyini yalnız abidəyə təhlükəsizlik kamerası qoymaqla aşkar edib, hüquqi tədbirlər görülərsə, bu kimi abidələri sözün həqiqi mənasında qorumaq mümkün olar. 



Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər