Zaqatala şəhərində sahibsiz itlərin sayının artması sakinlərin ciddi narahatlığına səbəb olub.
İddialara görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. Sakinlərin sözlərinə əsasən, küçə itləri ərazidə sürü halında dolaşır, yoldan keçən insanlara hücum edir və bu səbəbdən sakinlər, xüsusilə uşaqlar və yaşlılar küçəyə çıxmaqdan çəkinirlər.
Qeyd edək ki, son illər Zaqatalada sahibsiz itlərlə bağlı şikayətlər vaxtaşırı gündəmə gəlib və məsələ ictimai müzakirələrə səbəb olub.
Mənbə: Shikayet TV