Zaqatala şəhəri və şəhərətrafı ərazilərdə iyulun 1-də içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Shimal.News xəbər verir ki, şəhər ərazisində nasaz siyirtmələrin təmiri, eləcə də yararsız vəziyyətdə olanların yenisi ilə əvəzlənməsi işləri aparılacaq.
Təmir işləri başa çatdıqdan sonra günün sonunadək Zaqatala şəhəri və şəhərətrafı yaşayış məntəqələrinin fasiləsiz içməli su ilə təminatı bərpa ediləcək.