Bakıda Elm və Təhsil Nazirliyinin inzibati binasının qarşısında Zaqatala rayon sakininə bıçaqla hücum edən şəxs saxlanılıb.
Shimal.News xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı R.Şeydayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Xatırladaq ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hadisə zamanı Ş.Ramazanov hər iki ayağından bıçaq xəsarəti alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.