Xaçmazın Yalama qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 31 mart tarixində məlumat verir.
Hadisə saat 13:00-da dəmir yolu keçidinin yaxınlığında qeydə alınıb. “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub və yararsız hala düşüb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Xəsarət alan yoxdur.
Şahidlərin sözlərinə görə, “Mercedes” gözlənilmədən digər avtomobilin yoluna çıxıb. Bu səbəbdən toqquşma baş verib.
[caption id="attachment_39022" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]