İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib.
Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə başlayıb. Gecədə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Avqustun 3-dək davam edəcək festivalda Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.
Mənbə : AZƏRTAC