Xudat-Nabran avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 29 mart tarixində Report-a istinadən xəbər verir.
Məlumata görə, "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə Xudat şəhər sakinləri: 20 yaşlı Fuad İskəndərov, 22 yaşlı Rəvan Səfərov, 17 yaşlı Rövşən Əlihəsənov və 17 yaşlı Vüqar Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Həmin şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.