Mikayıl Müşfiqin Xızı rayonundakı xatirə muzeyinin ərazisində güclü yağışlar nəticəsində aşan xatirə lövhəsi əvvəlki yerinə qaytarılıb.
Shimal.News məlumat verir ki, bu barədə şairin əmisi nəvəsi Reyhan İsmayılzadə məlumat verib. Onun sözlərinə görə, lövhə artıq bərpa edilərək əvvəlki mövqeyinə yerləşdirilib.
Qeyd edək ki, ötən gün baş verən intensiv yağıntılar nəticəsində muzeyin ətrafında müəyyən dağıntılar qeydə alınıb. Bununla bağlı yaxın vaxtlarda ərazidə yenidənqurma və təmir işlərinin aparılması gözlənilir.