Bu gün şəhid Elvin Qayıbovun doğum günüdür.
Elvin İkram oğlu Qayıbov 15 iyul 1994-cü ildə Xaçmaz rayonunun Xuray kəndində anadan olub. Xuray kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
O, Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi lokal xarakterli antite*ror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Elvin Qayıbov doğulduğu Xuray kənd qəbiristanlığında dəfn edilib.
Elvin Qayıbov ailəli idi, bir övladı yadigar qalıb.
O, ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.